Welcome to Evently

Lorem ipsum proin gravida nibh vel veali quetean sollic lorem quis bibendum nibh vel velit.

Evently

Stay Connected & Follow us

Simply enter your keyword and we will help you find what you need.

What are you looking for?

Image Alt

Materialların tərtibi qaydaları

Konqresin işçi dilləri: Azərbaycan, türk, rus, ingilis

Konqres materialları toplu şəklində dərc olunacaqdır. Tədqiqatların nəticələri məqalə və ya tezis formasında təqdim oluna bilər.

Məqalə və tezislər aşağıdakı qaydada tərtib edilməlidir:

  • Məqalə və ya tezisin adı ortada, qalın şriftlə, baş hərflərlə;
  • Müəlliflərin soyadı, adı, ata adı-ortadan, qalın şriftlə, kursivlə;
  • İş yeri, şəhər, ölkə və e-mail ünvanı-ortadan, kursivlə;
  • Məqalə və tezislərdə açar sözləri verilməlidir.
  • Məqalənin həcmi-5-səhifəyə, tezislər-2 səhifəyə qədər olmalı; format A4, şrift Times New Roman, ölçü 14, səhifənin hər tərəfindən 2 sm məsafə, 1,5 interval, abzas 1,25 sm.
  • Formullar – Microsoft Equation (CAMSOFT CHEM Draw);

Məqalələr “giriş”, “material və metodlar”, “nəticələr və onların müzakirəsi” kimi hissələrdən ibarət olmalıdır. Azərbaycan və rus dillərində təqdim olunan məqalələrin sonuna ingilis dilində xülasə əlavə edilməlidir.

Mətində qısaldılmış adların açılışı ilk rast gəlinən zaman verilməlidir.

Cədvəl və ağ-qara şəkillər mətndə ilk istinaddan sonra verilməlidir. Şəkillər jpg formatında olmalıdır. Şəkillərin adı 1,0 intervalla, 12 pt şriftlə, izahla altyazılar 1,0 intervalla, 11 pt şriftlə yazılmalıdır. Cədvəllərin adları 1,0 intervalla, 14 pt şriftlə, içərisi 12 pt şriftlə, izahlı altyazılar 1,0 intervalla , 11 pt şriftlə yazılmalıdır. Şəkil və cədvəllər mətndəki ardıcıllığına görə ərəb rəqəmləri ilə nömrələnməlidir.

Məqalələrdə istifadə olunan ədəbiyyat “Ədəbiyyat siyahısı” sərlövhəsində əlifba sırası ilə (1,0 intervalla, 14 pt şriftlə) verilməlidir. Mətnin içərisində istifadə edilmiş ədəbiyyata istinad edilərkən onların siyahıdakı sıra nömrələri kvadrat mötərizadə verilməlidir. Dərc olunmamış işlərə istinad edilməsinə icazə verilmir.

Tezislərdə cədvəllər, şəkillər və ədəbiyyat siyahısı tələb olunmur.

Təqdim olunmuş materiallar içərisindən konqresin Elmi Komitəsi tərəfindən seçilmiş işlər “Scopus” beynəlxalq bazasına daxil olan “Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı”nda dərc olunacaqdır.

Konqres materialları associationpharma.az@gmail.com elektron ünvanına göndərilməli və  yaxud elektron daşıyıcılarda və çap olunmuş formada 31 mart 2020-ci il tarixinədək aşağıdakı ünvanda təhvil verilməlidir:

Bakı şəhəri, Ə. Qasımzadə küçəsi, 14, Azərbaycan Tibb Universitetinin 2 saylı tədris binası, III mərtəbə Əczaçılıq kimyası kafedrası.

Materiallar ödənişli əsaslarla (bir səhifənin qiyməti – 10 AZN) dərc olunacaqdır.

Konqres haqqında daha ətraflı məlumatlar rəsmi saytda verilmişdir – www.mppbic.com

Əlaqələndirici şəxslər:

Məmmədov Fuad. Əlaqə telefonları: +99477-521-81-93, +99450-749-06-26

Qəribli Aytəkin. Əlaqə telefonu: +99470-834-11-43