Welcome to Evently

Lorem ipsum proin gravida nibh vel veali quetean sollic lorem quis bibendum nibh vel velit.

Evently

Stay Connected & Follow us

Simply enter your keyword and we will help you find what you need.

What are you looking for?

  /  Tariximiz

Azərbaycan Əczaçılar Assosiasiyası (1993-cü ilə qədər Azərbaycan Əczaçılarının Elmi cəmiyyəti adlanırdı) tərəfindən Əczaçılıq elminin inkişafı, eləcə də dərman təchizatı problemlərinə həsr edilmiş konqres (qurultay) konfrans, seminar və digər tədbirləri vaxtaşırı olaraq keçirilmişdir.

Qurultay (konqres) zamanı Azərbaycan əczaçılarının elmi cəmiyyətinin 1967-1975-ci illər üzrə fəaliyyəti, Azərbaycanda əczaçı kadrların hazırlanmasının təşkili, aptek şəbəkəsinin inkişaf perspektivləri, əhalinin və müalicə profilaktika müəssisələrinin dərman təchizatının yaxşılaşdırılması üzrə tədbirlər planı, eləcə də respublikada dərman prepartlarının istehsalının vəziyyəti və perspektivlərinə aid problemlər müzakirə edilmişdir. Qurultayın işində əczaçılıq elminin müxtəlif istiqamətlərinə, o cümlədən dərmanların analizi və hazırlanma texnologiyasının
təkminləşdirilməsi, dərman bitkiləri və farmakologiya üzrə elmi tədqiqat işlərinin nəticələrinə həsr olunmuş məruzələr dinlənilmişdir.

1983-cü ildə (24-25 noyabr) Azərbaycan Əczaçılarının II qurultayı (konqresi) keçirilmişdir.

Qurultayda (konqresdə) Respublika əhalisi və müalicə profilaktika müəssisələrinin dərman təchizatının vəziyyəti və yaxşılaşdırılması, “Əczaçılıq” üzrə elmi tədqiqat işlərinin səviyyəsinin artırılması yolları, Respublikada nəzarət-
analitik xidmətin və dərman preparatlarının istehsalının inkişaf perspektivləri, müzakirə olunmuşdur. Əczaçılıq kimyası, əczaçılıq işinin təşkili, farmakologiya və farmakoterapiyanın aktual məsələlərinə həsr olunmuş məruzələr dinlənilmişdir.

1988-ci ildə (30-noyabr 01 dekabr) Azərbaycan Əczaçılarının III qurultayı (konqresi) keçirilmişdir. Azərbaycan Əczaçılarının Elmi Cəmiyyətinin 1988-ci ildə 890 nəfər əczaçı-provizoru üzvü olmuşdur.

III qurultayda (konqresdə) dərman təchizatının yaxşılaşdırılması məqsədilə respublikanın aptek şəbəkəsinin yenidənqurulması, əczaçılıq elminin müxtəlif istiqamətləri, o cümlədən əczaçılıq kimyası, farmakoqnoziya, əczaçılığın
iqtisadiyyatı və təşkili, dərmanların texnologiyası, farmakologiya üzrə aparılan elmi tədqiqat işlərinin nəticələri müzakirə olunmuşdur.

Fəaliyyət göstərdiyi illərdə elmi cəmiyyət səhiyyə təşkilatına, respublikanın əczaçılıq sənayesinə elmi-praktik köməklər göstərmiş, əczaçılıq elminin yeniliyinin praktikaya tətbiqinə yardımçı olmuşdur. Cəmiyyətin idarə heyəti
müntəzəm olaraq hər il həm Bakı şəhərində həm də regional şöbələrində elmi-praktik konfranslar keçirmişdir.

1998-ci ildə Azərbaycan Əczaçılarının IV konqresi keçirilmişdir.

Konqresdə Azərbaycanda dərman istehsalının vəziyyəti və əczaçılıqla bağlı digər problemlər müzakirə edilmişdir.